Kuk "Apple"ı Ternusa təhvil verir: Daha böyük və daha zəngin, lakin AI yarışında geridən gələn şirkət

22:22 - 1.09.2026


1 Sentyabr, Fineko/abc.az. Tim Kuk "Apple"ın baş icraçı direktoru (CEO) vəzifəsinə gələndə, şirkətin əfsanəvi təsisçisi və məhsul vizioneri Stiv Cobsun yerini doldurmağa çalışmadı. Bunun əvəzinə o, Cobsun "Heç vaxt mənim nə edəcəyimi soruşma, sadəcə doğru olanı et" məsləhətinə əməl etdi.

Kukun rəhbərliyi dövründə "Apple" trilyon dollarlıq bazar dəyərini dəfələrlə aşaraq dünyanın en zəngin korporasiyalarından birinə çevrildi.

İndi isə idarəçiliyin Con Ternusa təhvil verilməsi mərhələsində şirkət maliyyə baxımından tarixinin ən qüdrətli dövrünü yaşayır. Bununla belə, yeni rəhbərliyin qarşısında duran ən böyük çağırış sürətlə inkişaf edən süni intellekt (AI) rəqabətində rəqibləri qabaqlamaq və texnoloji liderliyi qoruyub saxlamaqdır.