12:16 - 1.09.2026
1 Sentyabr, Fineko/abc.az. "Apple" şirkəti "ChatGPT"nin yaradıcısı olan "OpenAI"yə qarşı qaldırdığı ticari sirr iddiası çərçivəsində ABŞ federal məhkəməsinə yeni sübutlar təqdim edib. İddiaya görə, "Apple"ın keçmiş mühəndisi "OpenAI"də çalışarkən şirkətə məxsus məxfi güc çeviricisi dövrə sxemlərinə (power converter circuit schematic) daxil olub.
Məhkəmə sənədlərinə əsasən, ittihamlar 2026-cı ilin yanvarında "Apple"dan ayrılaraq "OpenAI"yə keçən mühəndis Çanq Liuyə yönəlib. Ekspertizalar zamanı məlum olub ki, Liu "OpenAI"də olarkən məxfi dövrə fayllarından müvafiq mühəndislik proqramlarında simulyasiyalar aparmaq və süni intellekt agentini təlimatlandırmaq üçün istifadə edib.
"Apple" məxfi texnologiyalarının mənimsənilməsi riski səbəbindən məhkəmədən baxış prosesini sürətləndirməyi tələb edir. İddianın ləğv olunmasını istəyən "OpenAI" rəhbərliyi isə bütün məhsullarının tamamilə sıfırdan və müstəqil şəkildə işlənib hazırlandığını bildirir.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026