Milli Depozit Mərkəzində yeni təyinat - Foto

10:40 - 16.07.2026


16 iyul, Fineko/abc.az. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 14.07.2026-cı il tarixli qərarı ilə Nağı Nağıyev MDM-in İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nağı Nağıyev əmək fəaliyyətini 2023-cü ilin avqustundan etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında davam etdirib.

O, 2023-cü ilin avqustundan 2024-cü ilin iyun ayınadək Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb.

2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.

Ailəlidir, üç övladı var.