17:27 - 14.07.2026
14 iyul, Fineko/abc.az. "Ziraat Bank Azərbaycan" ASC bu ilin I yarısını 11,591 milyon manat xalis mənfəətlə başa vurub.
Bu barədə Bankın maliyyə hesabatında qeyd edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur.
Yanvar-iyun aylarında "Ziraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 68,886 milyon manat (1 il əvvələ nisbətən 53,8 % çox), əməliyyat xərcləri 43,485 milyon manat (50,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 10,927 milyon manat (3,15 dəfə çox), gözlənilməz gəlirləri 42 min manat (42 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2,924 milyon manat (26,1 % çox) təşkil edib.
Bu il iyulun 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 1 milyard 559,974 milyon manat olub ki, bu da illik müqayisədə 46 % çoxdur. Bunun 810,701 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32 % böyüyüb.
İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 83,1 % artaraq 117,634 milyon manata çatıb.
Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 50 % artaraq 1 milyard 386,079 milyon manata, o cümlədən depozit portfeli 52,9 % artaraq 866,632 milyon manata, balans kapitalı isə 20,4 % artaraq 173,895 milyon manata çatıb.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026