16:31 - 14.07.2026
14 iyul, Fineko/abc.az. "AFB Bank" ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub.
Bu barədə Bankın maliyyə hesabatında qeyd edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 dəfə azdır.
Yanvar-iyun aylarında "AFB Bank"ın gəlirləri 29,485 milyon manat (1 il əvvələ nisbətən 91,7 % çox), xərcləri 28,636 milyon manat (99,5 % çox), xüsusi ehtiyatlara ayırmalar 611 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "AFB Bank"ın aktivləri 536,916 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 72,2 % çoxdur. Bunun 380,558 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2 dəfə böyüyüb.
Hesabat dövründə "AFB Bank"ın öhdəlikləri 95,2 % artaraq 461,426 milyon manata, o cümlədən depozit portfeli 2,4 dəfə artaraq 342,289 milyon manata, balans kapitalı isə 0,1 % artaraq 75,49 milyon manata çatıb.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026