10:59 - 14.07.2026
14 iyul, Fineko/abc.az. “Level Leasing” ASC 2025-ci ili 459 min manat mənfəətlə başa vurub. 2024-cü ildə lizinq şirkətinin mənfəəti 387 min manat olub ki, bu da illik müqayisədə 19% artım deməkdir.
Bu barədə şirkətin illik hesabatında qeyd edilib. Ötən il “Level Leasing” ASC-nin faiz gəlirləri 8.5% azalaraq 2 milyon 461 min manat, faiz xərci isə 6% artaraq 1 milyon 190 min manat təşkil edib.
Hesabat dövründə lizinq şirkətinin cəmi aktivləri 8 milyon 564 min manat, cəmi öhdəlikləri 8 milyon 253 min manat, kapitalı isə 311 min manat olub.
“Level Leasing” ASC-nin səhmdarları Qarayeva Mənzər İsrail qızı (52%), Hermes Finance ASC (38%) və Məmmədova Rəqsanə Abdulla qızıdır (10%).
15 İyul 2026
15 İyul 2026
13 İyul 2026
14 İyul 2026
13 İyul 2026
14 İyul 2026