12:24 - 15.05.2026
15 may, Fineko/abc.az. Əgər Bakıda şəhərində avtobusların hərəkətinə maneçilik törədilməsə, intervalların qorunması təmin oluna bilər.
ABC.AZ xəbər verir ki, bunu report-a müahibəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
"Avtobus zolaqları vacibdir və ictimai nəqliyyatın intervalını qorumaq lazımdır. Digər tərəfdən isə istəyirik ki, taksilər həmin zolaqlarda sərnişin minib-düşürə bilsin. Halbuki avtobusun intervalı 3 dəqiqədirsə, onun hətta 15–20 saniyə gözləməsi belə qrafikin pozulmasına səbəb ola bilər", - A.Rzayev bildirib.
O vurğulayıb ki, intervalların qorunması birbaşa avtobusların hərəkət şəraiti ilə bağlıdır: "Əgər avtobusların hərəkətinə maneə yaradılmasa, intervalları qorumaq mümkündür. Məhz buna görə avtobus zolaqları yaradılır və bu istiqamətdə işlər davam etdirilir. İlkin mərhələdə avtobus zolaqlarına münasibət birmənalı olmasa da, artıq şəhərdə formalaşmış avtobus zolaqları şəbəkəsi mövcuddur və avtobuslar həmin şəbəkə üzrə daha stabil hərəkət edə bilirlər. Hazırda avtobusların orta sürəti 17 km/saatdan 21-22 km/saata qədər yüksəlib. Bu, həm intervalların qorunmasına, həm də ümumi xidmət keyfiyyətinə müsbət təsir göstərir. Fürsətdən istifadə edib sürücülərə də çağırış etmək istərdim ki, avtobusların hərəkətinə mane olmasınlar və ictimai nəqliyyata yol versinlər. Çünki avtobusların hərəkəti sərbəst olduqda intervallar da daha rahat qorunur".
15 İyul 2026
15 İyul 2026
15 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026