Tesla yenidən BYD-ni qabaqlayaraq elektromobil bazarında lider olub

16:10 - 3.04.2026


3 aprel, Fineko/abc.az. Son rübün yekunlarına görə Tesla dünya elektromobil bazarında liderliyini bərpa edərək BYD-ni qabaqlayıb.

ABC.AZ xəbər verir ki, rüblük azalmaya baxmayaraq, Tesla-nın tədarükləri illik ifadədə 6% artaraq 358 min avtomobilə çatıb. BYD-də isə göstəricilər daha zəif olub: elektromobillər və hibridlərin tədarükü 25,5% azalaraq 310 minə düşüb.

Ekspertlər bunu BYD-nin Çin bazarından yüksək asılılığı və burada rəqabətin artması ilə izah edir. Tesla isə qlobal mövcudluğu sayəsində daha sabit nəticələr göstərir.