11:50 - 19.11.2018
19 noyabr, Fineko/abc.az. Minskdə ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının 11-ci iclası keçirilib.
Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev iclasdan əvvəl jurnalistlərə bildirib ki, Türkiyədə Belarus-Azərbaycan traktorlarının yığma istehsalı 2019-cu ilin birinci rübünə planlaşdırılıb.
“Türkiyədə Belarus-Azərbaycan traktorlarının yığılması üzrə zavodun tikintisi yekun mərhələdədir. Gələn ilin birinci rübünün sonunadək orada ilk yığmanı başlamağı planlaşdırırıq”, - deyə X. Fətiyev əlavə edib.
Türkiyədəki zavodda 5 min ədəd traktorun istehsalı planlaşdırılır. Birinci mərhələdə həyata keçiriləcək layihə gücü 2,5 minə qədərdir.
Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərivəsində üç saziş imzalanıb. Xüsusilə, MTZ-in 1 min ədəd traktor komplektinin tədarükü barədə razılıq əldə olunub. Onlardan 300-ü cari ilin sonuna qədər tədarük olunacaq.
“Qomselmaş” ASC ilə 30 kombaynın tədarükü haqında müqavilə bağlanılıb. 2019-cu ildə Azərbaycan müəssisəsində Belarus kombaynlarının istehsalına başlamaq planlaşdırılır.
Minsk Avtomobil Zavodu ilə bağlanmış müqaviləyə əsasən, Bakı hava limanı üçün avtobusların maşın komplektləri Azərbaycana göndəriləcək.
15 İyul 2026
16 İyul 2026