Ağdam-Xankəndi dəmir yolu üzrə işlərin 86,5 faizi görülüb

10:15 - 3.04.2026


3 aprel, Fineko/abc.az. Ağdam-Xankəndi dəmir yolunun üzərində 3 stansiyanın tikintisi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, 3 stansiya (Əsgəran, Xocalı və Xankəndi) ilə bu xətt ölkədaxili nəqliyyat mobilliyini gücləndirəcək. Ağdam-Xankəndi dəmir yolu üzrə işlərin layihələndirilmə üzrə 86,5%-i, tikinti-quraşdırma üzrə 42,6%-i tamamlanıb.