Azərbaycanda 2 ayda təyyarə ilə sərnişin daşınması 4.4 faiz artıb

09:59 - 1.04.2026


1 aprel, Fineko/abc.az. Azərbaycanda 2026-cı ilin yanvar-fevral aylarında təyyarə ilə sərnişin daşınması keçən ilin eyni dövrü ilə müqayisədə 4.4 faiz artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, qeyd edilən dövr ərzində 607 min sərnişin daşınıb. Bu 2025-ci ilin iki ayında cəmi 581.4 min nəfər idi.

Fevralda hava ilə sərnişin daşınma beynəlxalq reyslər üzrə bir gedişin orta qiyməti  MDB üzrə 945.18 manat, digər ölkələr üzrə isə 543.67 manat olub. Orta qiymətlər təqribən illik müqayisədə 37.1 faiz öncəki illə müqayisədə baha olub.