11:15 - 19.03.2026
19 mart, Fineko/abc.az. Azərbaycanda işsizlik səviyyəsi ötən ay sabit qalsa da, iş saatları əvvəlki illərlə nisbətdə artığı müşahidə edilir.
ABC.AZ xəbər verir ki, 2026-cı il martın 1-i vəziyyətinə ilkin məlumatlara görə, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 385.7 min nəfərə çatıb.
Onların 5 milyon 105.9 mindən çoxunu məşğul əhali təşkil edib ki, bu da əmək bazarında aktivliyin yüksək səviyyədə qaldığını göstərir.
İlkin məlumatlarda işsizlik səviyyəsi 5.2 faizdə qalıb ki, bu da təqribən 6 aylıq sabit dinamikadır. Ölkədə 279.8 min işsiz var.
Hər nəfərə düşən aylıq əmək haqqı 2026-cı ilin fevralında 1 103,8 manat olaraq illik 3.8% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Fevralın 1-nə olan vəziyyətə əsasən, muzdla çalışan işçilərin sayı 1.78 milyon nəfər olub. Onların təxminən yarısı dövlət sektorunda, qalan hissəsi isə qeyri-dövlət sektorunda çalışır.
15 İyul 2026
15 İyul 2026
15 İyul 2026
13 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026