Alabaşlı-Qızılca dəmir yolu sahəsinin əsaslı təmiri yekunlaşır

16:27 - 27.02.2026


27 fevral, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini yekunlaşdırmaq üzrədir.

ABC.AZ xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, 1950-ci illərdə istismara verildiyi vaxtdan bəri ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək.