“BakuBus” MMC yaxın vaxtlarda Naxçıvan şəhərində fəaliyyətə başlayacaq

10:16 - 27.02.2026


27 fevral, Fineko/abc.az. Yaxın vaxtlarda “BakuBus” MMC Naxçıvan şəhərində fəaliyyətə başlayacaq.

ABC.AZ şirkətə istinadən xəbər verir ki, marşrut xətləri, müasir avtobuslar və nağdsız ödəniş sistemi ilə Naxçıvan şəhərinin sakinlərinə rahat və təhlükəsiz sərnişindaşıma xidməti təqdim olunacaq.