14:39 - 23.02.2026
23 fevral, Fineko/abc.az. İtaliyanın Triest şəhərində Macarıstan limanının tikintisi son mərhələyə çatıb: yeni kürsülü divar inşa edilir və daha böyük çəkili gəmilərin qəbulu üçün dərinləşdirmə işləri aparılır.
ABC.AZ xəbər verir ki, layihə 2025-ci ilin fevralından həyata keçirilir, 2028-ci ilə qədər tamamlanması planlaşdırılır və ümumi dəyəri 200 mln avrodur, bunun 45 mln avrosu İtaliya tərəfindən Aİ-nin bərpa fondundan maliyyələşdirilir.
Limanın 650 metrlik kürsülü və 30 hektarlıq nəqliyyat-saxlama mərkəzi tikilməsi nəzərdə tutulub. İlk mərhələdə 250 metr sahil xətti inşa ediləcək və daha sonra 400 metrədək genişləndiriləcək. Macarıstan 2019-cu ildə yaradılmış Adria Port Zrt dövlət müəssisəsi vasitəsilə torpaq sahəsini 31 mln avroya 60 illik koncessiya ilə alıb.
Liman Macarıstana konteyner daşımalari da daxil olmaqla ixrac imkanlarını artırmağa imkan verəcək, yaxınlıqda isə hidroakkumulyasiya elektrik stansiyası olan texnopark tikilməsi planlaşdırılır. Layihə Macarıstanın Birinci Dünya Müharibəsindən sonra itirilmiş dənizə çıxışını bərpa edir.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026