15:38 - 20.02.2026
20 fevral, Fineko/abc.az. Özbəkistanda Macarıstan şirkətinə məxsus təyyarələrin istehsalına başlana bilər.
ABC.AZ xəbər verir ki, söhbət Magnus Fusion 212 modelindən gedir. Bu, mülki aviasiyada istifadə olunan, o cümlədən pilotların hazırlanması və şəxsi sahiblərin fərdi uçuşları üçün nəzərdə tutulmuş yüngül iki yerlik təyyarədir.
İstehsal imkanları Özbəkistan Respublikası nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev və “Magnus Aircraft Zrt.” şirkətinin baş direktoru Laslo Boroş arasında müzakirə olunub. Bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
16 İyul 2026
16 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026