"Memar Əcəmi" metrostansiyasının 4-cü çıxışı açılıb

12:13 - 19.02.2026


19 fevral, Fineko/abc.az. "Bakı Metropliteni" QSC Yaşıl xəttinin "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində aparılan təmir işlərini başa çatdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, müvəqqəti olaraq bağlanan 4-cü çıxış təkrar sərnişinlərin istifadəsinə verilib. Görülən işlər çərçivəsində keçid hissəsi yenilənib, infrastruktur daha təhlükəsiz və funksional hala gətirilib, sərnişin axınının rahat tənzimlənməsi üçün şərait yaxşılaşdırılıb.

Təmir işlərinə bu il yanvarın 6-da başlanılmışdı.