İranda iki yeni beynəlxalq Liman tikiləcək

10:55 - 17.02.2026


17 fevral, Fineko/abc.az. İranın 15 iri limanına daha iki Liman əlavə olunacaq – Makran regionunda və Bandar-Lengedə.

ABC.AZ xəbər verir ki, Bandar-Lenge sahəsi ilkin mərhələdə 300 hektar olacaq və gələcəkdə 1,5 min hektara qədər artırıla bilər. Birinci mərhələdə liman 50 min tonluq gəmiləri qəbul edə biləcək. 1100 hektar ərazidə yerləşən Makran limanı meqatonnaj gəmilərinə xidmət edəcəkdir.

Bundan əlavə, İran 2026-cı ildə 2700 hektar yeni torpaqların hazırda inşa edilən körpünün köməyi ilə Şahid Rajai limanının ərazisinə birləşdirilməsi layihəsini tamamlamağı planlaşdırır. Bu, ölkənin ən iri ticarət və ən işlək limanının logistik imkanlarını iki qat artıracaq.