Özbəkistan, İran və Türkiyə nəqliyyat-logistika sistemi yaradır

10:27 - 17.02.2026


17 fevral, Fineko/abc.az. Özbəkistan, İran və Türkiyə qarşılıqlı şəkildə inteqrasiya olunmuş nəqliyyat-logistika sistemi yaradacaqlar.

ABC.AZ xəbər verir ki, layihə Özbəkistanın nəqliyyat naziri İlxom Maxkamov, İranın yol və şəhərsalma naziri Fərzanə Sadeg və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu tərəfindən müzakirə olunub.

İlxom Maxkamov vurğulayıb ki, “Özbəkistan – Türkmənistan – İran – Türkiyə” nəqliyyat dəhlizinin inkişafı hazırda prioritet məsələdir.

O, həmçinin bildirib ki, “Çin – Qırğızıstan – Özbəkistan” dəmir yolunun mövcud beynəlxalq nəqliyyat dəhlizlərinə, o cümlədən İran və Türkiyə üzərindən inteqrasiyasına artıq indidən başlamaq lazımdır.