Nijnevartovsk–Bakı reysi aprelin 5-dən bərpa olunacaq

10:28 - 29.01.2026


29 yanvar, Fineko/abc.az. “İrAero” aviaşirkəti aprelin 5-dən Nijnevartovsk–Bakı marşrutu üzrə müntəzəm reysləri bərpa edir, bu istiqamət üzrə biletlərin satışı artıq başlayıb.

ABC.AZ xəbər verir ki, uçuşlar həftədə bir dəfə “Sukhoi Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək.

Bakı hava limanından uçuş şənbə günləri saat 23:50-də planlaşdırılıb, Nijnevartovskdan Azərbaycanın paytaxtına geri reys isə bazar günləri saat 06:40-da həyata keçiriləcək. ©Azərtac