2025-ci ildə avtomobil və avtobusla sərnişin daşınma artıb

10:37 - 21.01.2026


21 yanvar, Fineko/abc.az. 2025-ci ildə nəqliyyatçılar 2215.1 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 89.1 faizi avtomobil nəqliyyatı, 10.2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınmışdır.

ABC.AZ DSK-ya istinadən xəbər verir ki, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1.4 faiz azalaraq 226.8 milyon nəfər olub.

Avtomobil nəqliyyatı ilə 1973.8 milyon sərnişin daşınmış və əvvəlki illə müqayisədə 6.9 faiz artım qeydə alınıb.

Avtomobil nəqliyyatı daxilində avtobuslarla daşınan sərnişinlərin sayı 1 879.8 milyon nəfər təşkil edib. Bu göstərici əvvəlki ilə nisbətən 7.1 faiz artıb.

Taksi xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 94 milyon nəfərə çatıb və 2024-cü illə müqayisədə 3.5 faiz artım qeydə alınıb.