Bakıda metrodan istifadə edənlərin sayı azalıb

17:28 - 19.01.2026


19 yanvar, Fineko/abc.az. Ötən il Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 226 milyon 803,1 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3 milyon 119,8 min nəfər və yaxud 1,4 % azdır.