11:20 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. "Kazmotransflot” (KazMunayGas (KMG) şirkətinin törəmə müəssisəsi) 2025-ci ildə Aktau–Bakı–Aktau istiqamətində iyirmi futluq ekvivalentdə (TEU) 59,4 min konteyner daşıyıb.
ABC.AZ KMG-ə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə yükdaşımaları 15 faizdən çox artıb.
“Bu müsbət dinamika Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımalarına tələbatın artması ilə şərtlənir”, – şirkətdən bildirilib.
Qazaxıstanın Milli Statistika Bürosunun məlumatına görə, 2025-ci ildə ölkənin dəniz nəqliyyatı ilə 4,002 milyon ton yük daşınıb. Bu, 2024-cü illə müqayisədə yükdaşımaların 42 faiz artdığını göstərir. Yük dövriyyəsi 1,860 milyard ton-kilometr təşkil edib və 2024-cü illə müqayisədə 17,6 faiz artıb.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026