14:37 - 30.12.2025
30 dekabr, Fineko/abc.az. Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
15 İyul 2026
15 İyul 2026
15 İyul 2026
14 İyul 2026
13 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026