Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb

16:11 - 23.12.2025


23 dekabr, Fineko/abc.az. Ermənistana Rusiya taxılı daşıyan növbəti yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Böyük Kəsik dəmir yolu stansiyasına çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, 8 vaqondan ibarət qatarda 560 ton Rusiya taxılı var.

ADY-dən o da bildirilib ki, bundan əvvəl Ermənistana Rusiya taxılı daşıyan daha 3 yük qatarı göndərilib.