Azərbaycanda qısa iş günüdür

10:19 - 7.11.2025


7 noyabr, Fineko/abc.az. Azərbaycanda 7 Noyabr, yəni bu gün, qısa iş günüdür.

ABC.AZ xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, bayram günündən əvvəlki günlərdə iş vaxtı 1 saat azaldılır.

Bu qayda bütün müəssisə, idarə və təşkilatlarda tətbiq olunur. Məhz buna görə 7 noyabr tarixi, 8 noyabr – Zəfər Günü bayramından öncə olduğuna görə qısa iş günü hesab edilir.