İlham Əliyev regionda yolun tikintisi üçün 15,1 milyon manat ayırıb

11:18 - 17.10.2018


17 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunun Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

13 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi üçün 2018-ci il dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 15,1 milyon manat ayrılacaq. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.