11:43 - 12.10.2018
12 oktyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC yeni qatarlar almaq niyyətindədir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov şirkətin İqtisadiyyat Nazirliyi ilə müvafiq danışıqlar apardığını bildirdi.
“Biz 11 elektrik və 3 dizel qatarı almalıyıq və ümid edirik ki, bu zərurət investisiya xərclərinin hazırlanması zamanı nəzərə alınacaq”, - deyə C. Qurbanov bildirib.
Dəmir Yollarının rəhbəri həmçinin qeyd edib ki, QSC əsasən öz vəsaitləri hesabına avadanlıq alır, beləliklə, yol-inşaat texnikasının alınmasına 40 milyon dollar xərclənib. Əlavə olaraq, cəlb olunmuş kredit hesabına Avstriya istehsalı olan yol-inşaat texnikası əldə edilib.
15 İyul 2026
16 İyul 2026