11:59 - 8.10.2018
8 oktyabr, Fineko/abc.az. Dövlət Avtomobil Nəqliyyatı Agentliyi yollarda hərəkətin keyfiyyətini təmin etmək üçün tədbirlər görür.
Agentliyin verdiyi məlumata görə, bu gün saat 23:00-dan səhər saat 06:00-dək Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yol hərəkəti məhdudlaşdırılacaq.
“Dövlət Avtomobil Nəqliyyatı Agentliyi sürücülərin müvəqqəti olaraq alternativ yollardan istifadə etməsini xahiş edir”, - məlumatda belə deyilir.
15 İyul 2026
16 İyul 2026