Naxçıvanda 8 ayda işsizlikdən nə qədər sığorta haqqı toplanıb?

14:52 - 8.09.2025


8 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 3 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 20,2 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,6 % və 10,3 % çoxdur.