15:20 - 2.10.2018
2 oktyabr, Fineko/abc.az. Noyabrın 3-dən etibarən Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşlara başlayacaq.
Şirkətin məlumatında deyilir ki, hər şənbə günü “Airbus A320” tipli müasir və rahat təyyarələrlə birbaşa uçuşlar həyata keçiriləcək.
“Soçidən həyata keçirilən uçuşlar, aviaşirkətin marşrut şəbəkəsinin əhəmiyyətli bir hissəsidir. Hər il yeni daxili və beynəlxalq reyslər açılır. Son il ərzində aviaşirkət cədvələ Tel-Əviv, Tbilisi, Krasnoyarsk və Moskvaya uçuşları daxil edib”, - məlumatda belə deyilir.
15 İyul 2026
16 İyul 2026