Coca-Cola reseptinin dəyişdirilməsi ABŞ-da minlərlə iş yerinin itirilməsi ilə nəticələnə bilər

11:05 - 18.07.2025


18 iyul, Fineko/abc.az. Coca-Cola içkisinin istehsalında qarğıdalı şərbətinin qamış şəkəri ilə əvəz edilməsi ABŞ qida sənayesində minlərlə iş yerinin itirilməsinə səbəb olacaq.

ABC.AZ xəbər verir ki, bunu qarğıdalı prosessorları Birliyinin baş direktoru John Bode deyib.

"Yüksək fruktoza qarğıdalı şərbətinin qamış şəkəri ilə əvəzlənməsi Amerika qida sənayesində minlərlə iş yerinin itirilməsinə, fermerlərin gəlirlərinin azalmasına və şəkər idxalının artmasına səbəb olacaq, bunların hamısı qidalanma baxımından heç bir fayda verməyəcək”, — deyə Birliyin saytında Bodenin sözləri gətirilib. Onun fikrincə, içkinin tərkibini dəyişdirmək qərarı "mənasızdır".

Daha öncə ABŞ prezidenti Donald Tramp, Coca-Cola şirkəti ilə ABŞ-dakı əsas qazlı içkisinin reseptini dəyişdirmək və qarğıdalı şərbəti əvəzinə istehsalında təbii qamış şəkərindən məcburi istifadə etmək barədə razılığa gəldiyini açıqlamışdı.