Azərbaycanda işsizlik səviyyəsi uzun illərin minimumuna düşüb - DSK

10:32 - 14.07.2025


14 iyul Fineko/abc.az    Azərbaycanda işsizlik səviyyəsi uzun illərin minimumuna düşüb. 1 iyun tarixinə olan məlumata görə, ölkədə işsiz əhalinin sayı son bir ayda 1 100 nəfər azalaraq 281.8 min nəfərə düşüb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da işsizlik səviyyəsinin 5.31 faizdən 5.27 faizə düşməsi deməkdir.

İşsizlik səviyyəsi 2024-cü ilin avqustundan bu tərəfə 5.3 faizə düşüb. Bununla belə qeyd edilməlidir ki, ölkədə iyun aylarında işəgötürmələr daha yüksək olduğundan bu statistikaya da təsir edir. Məsələn, 2022, 2023 və 2024-cü ilin iyununda işsizlərin sayı müvafiq olaraq 1 700 nəfər, 2 700 nəfər, 2 500 nəfər ətrafında azalmışdı. Belə olduğu halda cari ildəki işsizlərin azalması öncəki ildən daha zəif olub.

2025-ci il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 344.1 min nəfər olmuş, onlardan 5 milyon 62.3 min nəfərini məşğul əhali təşkil edib.