Bakıda muzdla işləyənlərin orta aylıq  əməkhaqqı 1 385,9 manata çatıb  

11:39 - 30.06.2025


30 iyun Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 385,9 manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən ABC.AZ-a daxil olan məlumata görə, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-aprel ayları ilə nisbətən 8,1 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 % artaraq 1 100,6 manat təşkil edib.