İşğaldan azad olunmuş ərazilərdə növbəti  əmək yarmarkaları keçirilib

10:29 - 30.06.2025


30 iyun, Fineko/abc.az. Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir.

ABC.AZ xəbər verir ki, agentlik Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirib.

Yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub.

Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.