Azərbaycanda bu qədər işsiz var

12:20 - 24.04.2025


24 aprel, Fineko/abc.az. 2025-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara görə ölkədə işsizlərin sayı 283.2 min nəfər, işsizlik səviyyəsi isə 5.33 faiz təşkil edib. Bir ay öncə işsizlərin sayı 282.8 min nəfər, 5.32 faiz olmuşdu.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, göstəricilərə əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 316.0 min nəfər olmuş, onlardan 5 milyon 32.8 min nəfərini məşğul əhali təşkil etmişdir.

Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 758.8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 878.5 min nəfər, qeyri-dövlət sektorunda isə 880.3 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1727.3 min nəfər çalışmışdır.