16:26 - 15.04.2025
15 aprel, Fineko/abc.az Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində dövlət sektoru qeyri-dövlət sektoruna nisbətən daha yüksək əməkhaqqı təklif edir.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət sektorunda çalışanların orta maaşı 1 653 manatdır, qeyri-dövlət sektorunda isə bu rəqəm yalnız 749 manatdır.
Bu fərq 903 manat və təxminən 120% daha yüksək maaşla nəticələnir.
İnformasiya və rabitə sahəsində isə qeyri-dövlət sektoru əməkhaqqı baxımından üstünlük təşkil edir. Burada qeyri-dövlət sektorunda çalışan işçilər 2 144 manat maaş alarkən, dövlət sektorunda bu rəqəm yalnız 1 567 manatdır. Bu da 576 manat və 36,8% daha yüksək əməkhaqqı fərqi yaradır.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026