Dövlətdə işləyənlərlə özəldə çalışanların aldığı maaş arasında bu qədər fərq var

16:07 - 15.04.2025


15 aprel, Fineko/abc.az. Bildiyiniz kimi, Dövlət Statistika Komitəsi əməkhaqqının ən çox və ən aşağı verildiyi sahələri açıqlayıb.

ABC.AZ xəbər verir ki, maraqlı məqamlardan biri də dövlət və qeyri-dövlət sektorları arasındakı fərqlə bağlıdır. Ümumi olaraq, dövlət sektorunda orta maaş 1 004,3 manat, qeyri-dövlət sektorunda isə 1 084,2 manat olub.

Bu fərq bəzi sahələrdə daha kəskin şəkildə hiss olunur.Mədənçıxarma sənayesi bu fərqin ən çox hiss olunduğu sahədir.

Qeyri-dövlət sektorunda çalışanların orta əməkhaqqı 4 048 manat olub, bu isə dövlət sektorunda eyni sahə üzrə 2 290 manat maaş alan işçilərdən 1 757 manat, yəni təxminən 77% daha yüksəkdir.