15:41 - 15.04.2025
15 aprel, Fineko/abc.az. 2025-ci ilin ilk iki ayı üzrə açıqlanan statistik göstəricilər Azərbaycanda əmək bazarının maraqlı mənzərəsini ortaya qoyur. Ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 043,6 manat təşkil edib. Bu rəqəm müxtəlif iqtisadi fəaliyyət növləri və mülkiyyət formaları üzrə ciddi fərqlərlə müşahidə olunur.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı baxımından ən yüksək göstərici mədənçıxarma sənayesinə aiddir. Burada çalışanların orta aylıq maaşı 3 444,2 manat olub.
Bu sahə ənənəvi olaraq ölkənin enerji sektorunu, xüsusilə neft və qaz hasilatını əhatə etdiyi üçün əməkhaqqı baxımından liderlik edir.
Mədən sektorunu maliyyə və sığorta fəaliyyəti izləyir. Bu sahədə çalışanlar orta hesabla 2 651,4 manat maaş alıblar. İnformasiya və rabitə sahəsində çalışanların əmək haqqısı isə 1 897,4 manatla üçüncü yeri tutur. Bu göstəricilərdən də göründüyü kimi, yüksək ixtisas və peşəkar bilik tələb edən sahələr əməkhaqqı baxımından açıq-aşkar üstünlük təşkil edir.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026