15:15 - 20.02.2025
20 fevral, Fineko/abc.az. Ötən il ərzində Azərbaycanda orta aylıq əmək haqqı 1009 manat təşkil edib.
ABC.AZ Dövlət Staistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın rayon və şəhərləri arasında ən yüksək əmək haqqı Xankəndi şəhərində verilib.
Belə ki, bu ilin yanavr ayının əvvəlinə olan məlumata görə Xankəndi şəhərində muzdla işləyən işçilərin orta aylıq nominal əmək haqqı 1 627 manat təşkil edib.
Paytaxt Bakıda isə orta aylıq nominal əmək haqqı 1 269 manata bərabər olub.
Xankəndi və Bakıdan sonra ölkədə orta aylıq nominal əmək haqqının 1 000 manatdan yüksək olduğu yeganə rayon Daşkəsən olub.
Daşkəsən rayonunda orta aylıq nominal əmək haqqı təxminən 1 146 manat təşkil edib. Rayon bu göstəriciyə görə ilk üçlükdə yer alıb.
Müəllif: Elmir Murad
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026