Dövlət işində çalışanların iş qrafiki dəyişəcək

11:08 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi, Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib.

ABC.AZ xəbəe verir ki, Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edən məqamlar da qeyd olunub.

Bunlardan biri də dövlər orqanlarında çalışanların iş qrafiki ilə bağlıdır.

Belə ki, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.

İşin əsas icraçısı Nazirlər Kabinetidir.