09:31 - 5.09.2018
5 sentyabr, Fineko/abc.az. Azərbaycan prezidenti Şəmkir rayonunda avtomobil yolunun tikintisi üçün 4,8 milyon manat ayırıb.
Dövlət başçısının rəsmi saytında xəbər verilir ki, sentyabrın 4-də prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
Sərəncam imzalayıb.
“71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb”, - prezidentin sərəncamında belə deyilir.
Azərbaycan Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
15 İyul 2026
16 İyul 2026