Rusiya hökuməti Gürcüstanla viza rejimini aradan qaldırdı

14:23 - 10.05.2023


10 may, Fineko/abc.az. Rusiya hökuməti Gürcüstanla viza rejimini aradan qaldırıb.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, qərar barədə Prezident Vladimir Putin göstəriş verib.

“Gürcüstan vətəndaşları Rusiyaya 90 günə qədər vizasız gedə bilərlər”, – fərmanda deyilir.

Putinin göstərişinə əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur.