Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək

15:28 - 18.04.2023


18 aprel, Fineko/abc.az. G7 xarici işlər nazirləri Yaponiyanın Naqano əyalətinin Karuizava şəhərində görüşüblər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, nazirlərin görüşündə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı sanksiyaların vacibliyi vurğulanıb.

Nazirlər Rusiyanın qüvvədə olan iqtisadi sanksiyalardan yayınması və Rusiyaya üçüncü dövlətlərdən hərbi yardım göndərilməsinin qarşısının alınması istiqamətində əməkdaşlığı genişləndirmək öhdəliyi götürüblər.

İclasda Rusiyaya qarşı cəza tədbirlərinin gücləndirilməsi və bu cəza tədbirlərinin tam və razılaşdırılmış şəkildə həyata keçirilməsi vəd edilib.

İclasda nazirlər Rusiya prezidenti Vladimir Putinin keçən ayın sonunda Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarını pisləyiblər.