10:23 - 21.06.2018
21 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Böyük Kəsik xəttinin 600 km yolunun əsaslı təmirini davam etdirir.
ADY-in məlumatında deyilir ki, eyni zamanda, 2016-cı ilin sentyabr ayından stansiyalarda 5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lər yeni yoldəyişənlərin quraşdırılması üzrə işlər aparır.
İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 170 yoldəyişən yenisi ilə əvəz olunub.
Hazırda Qobustan və Hacıqabul stansiyalarında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026