16:42 - 1.03.2023
1 mart, Fineko/abc.az. Türkiyədə zəlzələ bölgəsində ümumilikdə 468 min yaşayış yerində binalar inşa ediləcək.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AKP) qrup iclasında çıxışı zamanı açıqlayıb.
O bildirib ki, bu tikintini həyata keçirmək üçün hökumətin 1 ili var.
“1 ilimiz var. Bu müddət içərisində bu evləri inşa edəcəyik. Zəlzələ bölgəsində uçan, sökülməli olan və qəzalı binaların keçmişdə olan bütün borclarını silirik. Kahramanmaraş, Hatay, Adıyaman, Malatya vilayətlərinin hamısında Qaziantepin isə İslahiye və Nurdağı bölgələrində sakinlərin işıq və qaz pullarının ödənilməsi 3 ay müddətinə təxirə salınıb”, - deyə Ərdoğan qeyd edib.
15 İyul 2026
16 İyul 2026