10:19 - 21.02.2023
21 fevral, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılması qərarını təsdiqləyib.
ABC.AZ xəbər verir ki, Aİ Şurasının müvafiq qərarı “Avropa İttifaqının rəsmi jurnalında” dərc edilib.
Məqalədə qeyd edilib ki, məhdudlaşdırıcı tədbirlər 24 fevral 2024-cü ilə qədər uzadılmalıdır.
O da vurğulanır ki, qərar "Avropa İttifaqının rəsmi jurnalında" dərc edildiyi gündən bir gün sonra qüvvəyə minir.
Hazırda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına 1 386 fiziki şəxs və 171 şirkət daxildir.
15 İyul 2026
16 İyul 2026