Rusiya iqtisadiyyatı bu müharibənin ağır bədəlini ödəyəcək – Cozep Borell

12:30 - 16.02.2023


16 fevral, Fineko/abc.az. Sanksiyalar paketinin onuncusu yoldadır. Çoxları deyir ki, sanksiyalar səmərəsizdir, Rusiya iqtisadiyyatını zəiflətməyib və əksinə, bizə mənfi təsir göstərir. Düzdür, Rusiya iqtisadiyyatı çökməyib və ÜDM-in artım tempi gözlənilən kimi deyil.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin plenar sessiyasında çıxışında deyib.

Onun sözlərinə görə, ötən il Rusiyanın qeyri-adi yüksək gəlirləri olub - həm təbii qazdan, həm də neftdən.

“Amma işlər dəyişir. 2 trilyon avrodan 1,8 trilyon avroya qədər. Ticarət balansına baxsanız, görərsiniz ki, bəli, 2022-ci ildə onların böyük profisiti var idi, lakin, 2023-cü ilin yanvarında bu, orta səviyyədən də aşağıdır. 2007-ci ildən bəri ən aşağı tarixi səviyyədədir. Sanksiyalar yavaş yayılan bir zəhərdir: təsirlərini yaratmaq üçün vaxt tələb olunur, lakin təsir edir. Və bunu geri dönməz şəkildə edir. Rusiyanın texnoloji asılılığının 45%-i Avropadandır. Onun avtomobil və təyyarə zavodları öz gücünün 80%-ni itirib. Bəli, rubl süni şəkildə güclüdür, lakin Rusiya iqtisadiyyatı bu müharibənin ağır bədəlini ödəyəcək”, - deyə o bəyan edib.