Britaniya Brexit nəticəsində 35 milyard dollar itirib

11:21 - 15.02.2023


15 fevral, Fineko/abc.az. Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) ölkəyə baha başa gəlib. Belə ki, Britaniya Brexit nəticəsində 29 milyard funt sterlinq (35,2 milyard dollar) investisiya itirib.

ABC.AZ xəbər verir ki, bu barədə İngiltərə Bankının Pul Siyasəti Komitəsinin sözçüsü Conatan Haskell "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Məlumata görə, 2016-cı ildən sonra investisiya itkiləri Böyük Britaniya ÜDM-nin 1,3%-nə bərabər olub. Bu göstəricinin 2026-cı ildə Britaniyanın ÜDM-in təqribən 2,8%-ə qədər arta biləcəyi istisna edilmir.