12:56 - 13.06.2018
13 iyun, Fineko/abc.az. “Turkish Airlines” aviaşirkəti Azərbaycana uçuşların sayını artırmağı planlaşdırır.
Şirkətin Bakı nümayəndəliyinin rəhbəri Seyfulla İlyas Fineko/abc.az agentliyinə bildirib ki, hazırda “Turkish Airlines” Azərbaycana 3 reys həyata keçirir.
“Uçuşlar Atatürk Hava lımanından həyata keçirilir. 2015-ci ilin 15 mart tarixindən etibarən “Turkish Airlines” Sabiha Gökçen Hava lımanından, 2016-cı ilin payızında təxirə salınmış uçuşlar həyata keçirir”, - deyə S.İlyas bildirib.
Onun sözlərinə görə, hazırda Sabiha Gökçen hava limanından, 2019-cu ildə başlayacaq uçuşların bərpası üzrə danışıqlar aparılır.
“Beləliklə, “Turkish Airlines” şirkətinin Türkiyədən Azərbaycana uçuşlarının sayı dördə çatdırılacaq”, - deyə S. İlyas bildirib.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026